Metroda problem: Sərnişinlər düşürüldü AÇIQLAMA KONKRET

04.12.2024

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Əhmədli”-“Dərnəgül” istiqamətində, “28 May” stansiyasında sərnişinlər qatardan düşürülüb.

Bu barədə KONKRET.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, buna səbəb maşinistin qatara texniki baxış keçirilməsi tələbi olub.

“Maşinist qatara sərnişinsiz baxış keçirilməsini tələb etdi. Bu səbəbdən “Əhmədli”-“Dərnəgül” istiqamətində hərəkətdə olan qatar “28 May” stansiyasında bütün sərnişinlər vaqonlardan düşürülüb. Hazırda qatar xəttədir və texniki baxış keçirilir”, deyə B.Məmmədov bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью