Metroda problem: Sərnişinlər qatardan düşürüldü

19.02.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verdiyi üçün sərnişinlər düşürülərək qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.

Axar.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Belə ki, dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb.

Məhz buna görə də "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью