Metroda problem yaşandı Qatarlar gecikdi

19.02.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilib ki, sərnişinlər düşürülərək qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.

Dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb. Bu səbəbdən "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью