Metroda qadını yandıraraq öldürən şəxs həbs edildi

23.12.2024

Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Nyu-Yorkda metroda qadını yandıraraq öldürən şəxs həbs edilib.

Publika.az xəbər verir ki, ötən gün səhər saatlarında Nyu-York metrosunda yandırılan qadının öldüyü açıqlanıb.

Nyu-York polis komissarı Cessika Tişin açıqlamasına görə, adı açıqlanmayan şübhəli metrostansiyada xəttin son dayanacağına doğru hərəkət edən qatarda gedərkən eyni vaqonda bir qadını yandırıb.

Hadisəni görən polis yanğınsöndürənlə müdaxilə etsə də, qadın hadisə yerində dünyasını dəyişib.

Polis şübhəlinin tutulduğunu açıqlayıb.

Roza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью