Metroda qatarda texniki nasazlıq yarandı

24.02.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin “İçərişəhər–Sahil” mənzilində Qırmızı xətt üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.

Bu barədə Bakıvaxtı.az-a Metropolitendən bildirilib.

Texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər "Sahil" stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən hazırda Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.

Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью