Metroda qatarlar gecikmə ilə hərəkət edir SƏBƏB NƏDİR?

07.05.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Metronun "Həzi Aslanov" stansiyasından "Dərnəgül" stansiyası istiqamətində hərəkət edən qatarların gec gəldiyi bildirilir.

Oxu.Az xəbər verir ki, sərnişinlərin sözlərinə görə, sözügedən istiqamətdə hazırda qatarlar 5-6 dəqiqə fasilə ilə hərəkət edir.

Onlar bildiriblər ki, 4 stansiyanı 35 dəqiqəyə qət ediblər.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov qeyd edib ki, hazırda heç bir nasazlıq yoxdur:

"Bakı metropoliteninin xətlərində qatarlarda və stansiyalarda nasazlıq mövcud deyil. Bir sıra stansiyalarda sıxlıq səbəbindən tənzimləmələr sərnişinlərin və hərəkətin təhlükəsizliyi təmin edilməklə və intervallar qorunmaqla aparılır".

Xatırladaq ki, mayın 3-də "Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Bakı Metropoliteni" QSC-yə gələn yüksəkgərginlikli elektrik xətləri ilə enerjinin verilişində məhdudiyyətlər yaranıb. Nəticədə qatarların hərəkətində qismən gecikmələr müşahidə olunub.

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью