Metroda qatarlar yubanır

26.05.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda enerji təchizatında yaranmış gərginlik düşməsi səbəbindən "Bakı Metropoliteni" QSC-nin qatarlarının hərəkət intervalında 1-2 dəqiqəlik yubanmalar müşahidə olunur.

Bu barədə Bakıvaxtı.az-a səhmdar cəmiyyətindən bildirilib.

Qeyd edilib ki, Bakıda müşahidə olunan qeyri-sabit hava şəraiti və bəzi ərazilərə yağan güclü dolu nəticəsində Bakı metropolitenində sərnişin axınında artım qeydə alınıb. Metropolitenin bütün aidiyyəti xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərir, alternativ enerji mənbəyi kimi dizel generatorlar hazır vəziyyətdə saxlanılıb.

"Sərnişinlərdən anlayış göstərmələri və stansiyalarda təhlükəsizlik qaydalarına əməl etmələri xahiş olunur", - məlumatda vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью