Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
"Bu ilin noyabr ayında istifadəyə veriləcək metronun "Həzi Aslanov" stansiyasının dönmə kamerası "qırmızı" xətt üzrə hərəkəti intensivləşdirəcək".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, dönmə kamerası istifadəyə veriləndən sonra "qırmızı xətt" üzrə qatarların intervalının daha da azaldılması gözlənilir:
"Hazırda "qırmızı xətt" üzrə qatarların intervalı azaldılıb. Dönmə kamerası istifadəyə veriləndən sonra interval bir az da azaldıla bilər.
Dönmə kamerasının daha bir üstünlüyü ondan ibarətdir ki, bu xətt üzrə hər hansısa bir qatarda nasazlıq yaranarsa, Həmin qatar dərhal dönmə kamerasına yola salınacaq və digər yolla başqa qatar dərhal xətti buraxılacaq, intervallarda gecikmə olmayacaq".