Metroda qatarların hərəkəti ləngiyib

04.12.2024

Anews saytına istinadən Icma.az xəbər verir.

Bakı metrosunda "yaşıl xətt” - "Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar "28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib. Bu səbəbdən "28 may” stansiyasında sərnişinlər düşürülüb.Bu barədə "Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

"Qatar xəttə ikən qatara baxış keçiriləcək. Digər əlavə məlumatları təqdim edəcəyik”, - deyə məlumatda bildirilib.
www.anews.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью