Metroda sərnişin öldü

02.12.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Bakı metrosunda ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dekabrın 1-i saat 07 radələrində metronun “Əhmədli” stansiyasında qeydə alınıb.

Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Elçin Babəli oğlu Babayevin halı stansiyada qəfil pisləşib. Təcili tibbi yardım briqadası gələnədək o vəfat edib.

59 yaşlı şəxsin infarktdan öldüyü bildirilib.

Araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью