Metroda təşviş yaşandı

27.11.2024

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı metrosunun “Gənclik” stansiyasında qatarda yanğın məlumatı ilə əlaqədar texniki baxış keçirilib.

Manset.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, “Gənclik” stansiyasını qatar tərk edərkən sərnişinlərdən biri qatarda yanğın qoxusunun olması barədə bildirib.

Qeyd olunub ki, qatarda hər hansı problem aşkarlanmadığı, eyni zamanda maşinistin idarəetmə pultunda nasazlıq olmadığı halda sərnişinin məlumatı əsasında qatara əlavə texniki baxışın keçirilməsi zərurəti yaranıb. Nəticədə qatarda hər hansı problem aşkarlanmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью