Metroda uşaqlara qulluq etmək mümkün olacaq

07.04.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daşkənd Metropoliteni maraqlı layihəyə imza atıb.

Avtosfer.az xəbər verir ki, metro girişlərində körpələrə qulluq otaqları yaradılır. Bu otaqlarda valideynlər körpələrə qulluq edə, paltarını dəyişdirə və qidalandıra biləcəklər. Paralel olaraq stansiya girişlərində ictimai tualetlər də təşkil edilir. 

Hələlik yeni layihə 3 stansiyada tətbiq edilib. Gələcəkdə bütün stansiyalarda belə xidmət müəssisələrinin yaradılması nəzərdə tutulur. 
Qeyd edək ki, 1977-ci ildə istismara verilən Daşkənd metrosu 50 stansiya və 4 xətdən ibarətdir. Tikilmə ardıcıllığına görə Türk  dövlətləri arasında ikincidir (Bakıdan sonra, İstanbuldan əvvəl).

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью