Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Nyu-York metrosunda vaqonun damında gəzməyə cəhd edən iki qız həlak olub. Avtosfer.az xəbər verir ki, bu barədə "NBC" telekanalı şəhər polisinə istinad edərək məlumat yayıb. "Nyu-York metrosunda qatarın damında iki qızın cəsədi tapılıb", - məlumatda bildirilib. Yerli hakimiyyət orqanları bununla əlaqədar gəncləri qatarın üstündə və ya yanında səyahət etməkdən çəkinməyə çağırıb, bunun həyat üçün təhlükəli olduğunu xatırladıb.