Metroda vifi olacaq? Metropolitendən AÇIQLAMA

16.07.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda Bakı Metropolitenində sərnişinlər üçün pulsuz wi-fi xidməti tətbiq edilmir və yaxın perspektivdə belə bir layihənin həyata keçirilməsi nəzərdə tutulmur.
Avtosfer.az xəbər verir ki, bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib: “Müvafiq yanaşma metropolitenin strateji əhəmiyyətli nəqliyyat infrastrukturu olması, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi, kibertəhlükəsizlik tələbləri və istismar xüsusiyyətləri ilə bağlı mövcud tələblər nəzərə alınmaqla müəyyənləşdirilib. Bu amillər əsas götürülərək, hazırki dövrdə wi-fi sisteminin quraşdırılması məqsədəuyğun hesab edilmir”.
Məlumatda qeyd olunur ki, bununla yanaşı, Bakı Metropoliteni beynəlxalq təcrübəni, rəqəmsal texnologiyalar sahəsindəki yenilikləri və sərnişin xidmətlərinin inkişafı istiqamətində tətbiq olunan müasir həlləri davamlı olaraq izləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью