Metroda Yaşıl və Qırmızı xətlərdə 20 dəqiqəyədək yubanmalar müşahidə olunur

29.01.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün saat 17:03 radələrində metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yaranıb. Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb, əvəzinə ehtiyat qatar xəttə buraxılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

“Nərimanov” metro stansiyasında problem yaranıb? – GECİKMƏ VAR - FOTO


Bu barədə Bizim.Media-ya "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Məlumata görə, hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 20 dəqiqəyədək yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq.
Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью