Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub.
Bu barədə "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Qeyd olunub ki, yubanmalar yoxdur.
***
17:50
Bu gün saat 17:03 radələrində metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yaranıb. Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb.
Bu barədə "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Bildirilib ki, əvəzinə ehtiyat qatar xəttə buraxılıb. Hazırda Yaşıl və Qırmızı xətlərdə intervalda 20 dəqiqəyədək yubanmalar müşahidə olunur. İntervallar qısa müddətdə bərpa olunacaq.
Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.
***
17.36
Bu gün saat 17:03 radələrində metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yaranıb.
Bu barədə "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Məlumata görə, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.