Metroda yenə dəyişiklik olacaq

14.09.2026

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bakı Metropoliteni” QSC-də texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir.

Gununsesi.info bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Qırmızı xətt üzrə sentyabrın 15-dən etibarən “İçərişəhər–Əhmədli” mənzilində pik saatlarda 2 dəqiqəlik intervalla hərəkət edəcək.

Yaşıl xətt üzrə zərurət yarandıqda interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq.

Bənövşəyi xətt üzrə payız-qış qrafikinə keçidlə “Avtovağzal–8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur.

Yeni tədris ilində bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq, ehtiyac olduqda əlavə tənzimləmələr aparılacaq.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью