Metrodakı ləngimə ilə bağlı RƏSMİ AÇIQLAMA: Qatar sayı artırılsa, vəziyyət daha da gərginləşəcək

09.12.2024

Icma.az bildirir, Bizim media portalına istinadən.

"Metro xəttində səhər saatlarından texniki problem yoxdur". 
Bizim.Media xəbər verir ki, bu məlumatı “oxu.az”a "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov verib. 
O qeyd edib ki, bu gün sıxlıq həddi bir qədər də çoxdur. 
 

"Tənzimləmə məcburən girişlərdən aparılır. Əsas sıxlıq olan stansiyalarda qatarların yola düşməsi yalnız qapı ilə platforma arasında sərnişinə xəsarət yetirəcək problem olmadığına, qapılar bağlı olduğuna əminlik yarandıqdan sonra təmin olunur. 


Məsələnin qatar sayı ilə də əlaqəsi yoxdur. Say artırılsa, vəziyyət daha da gərginləşəcək. Tunellər boyunca qatarlar ard-arda düzüləcək", - deyə B. Məmmədov bildirib. 
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью