Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir. "Bu gündən etibarən Bakı Metropolitenində mühüm yeniliklərə start verilib.
Artıq Qırmızı və Yaşıl xətlərin ayrılması prosesi rəsmən başlayıb.
Layihənin əsas məqsədi hər xəttin müstəqil şəkildə idarə olunmasını təmin etməklə sərnişindaşıma keyfiyyətini və idarəetmənin səmərəliliyini artırmaqdır".
Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilir ki, bu məqsədlə, "Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında təxminən 200 metrlik yeni tunelin inşası planlaşdırılıb.
Həmin tunel vasitəsilə iki xətt arasında texniki əlaqə təmin olunacaq: "Layihənin əsas mərhələlərindən biri "Dərnəgül" ərazisində yeni elektrik deposunun inşasıdır.
Bütün beynəlxalq standartlara cavab verəcək bu depo Yaşıl xəttin tam müstəqil fəaliyyəti üçün əsas baza rolunu oynayacaq.
Eyni zamanda, "İçərişəhər" və "Xətai" stansiyalarında qatarların dönüşü üçün texniki imkanlar yaradılacaq.