Milli.az saytına istinadən Icma.az xəbər verir. Məlum olduğu kimi, dünən Prezident İlham Əliyev müsahibəsində Bakı şəhərində nəqliyyat probl
Milli.Az xəbər verir ki, dövlət başçısı yeni stansiyaların yerlərinin də artıq seçildiyini qeyd edib və bu ildən etibarən tikintiyə maliyyə
İnşaatçı-mühəndis Azər Axundov məsələyə münasibət bildirib.
Qeyd edib ki, 2 ay əvvəl Prezident Bakıya gətirilmiş yeni vaqonlara baxış keçirərkən ona yeni stansiyaların yerləşmə sxemi də təqdim edilib: "Həmin sxemi aktual götürsək, bu 10 stansiyaya bənövşəyi xəttin Ağ Şəhərə kimi, yaşıl xəttin isə "Həzi Aslanov" stansiyasına kimi uzadılması daxildir.
Yəni, bənövşəyi xətt üzrə "B4"-"B5"-"B?"-"B6"-"B7"-"B8" stansiyaları (toplam 6 stansiya), yaşıl xətt üzrə isə "Y14"-"Y15"-"Y16"-"Y17" stansiyaları (toplam 4 stansiya) tikilməlidir.
"B?" stansiyası "Sahil" stansiyasına keçid kimi düşünülür, bu stansiya konseptual sxemdə olmadığı üçün "B?" olaraq qeyd etdim.
Əlavə olaraq, çox güman ki, görüləcək işlərə xətlərin ayrılması, "Dərnəgül" deposunun və dönmə kameralarının tikilməsi də daxil olacaq.
Rəsmi sxem və məlumat olmadığı üçün hələlik sadəcə təxmin edə bilirik.