Metronu satışa çıxardılar

12.11.2024

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın Omsk vilayətində metro satılır.

Ölkə.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, şəhərə məxsus və cəmi bir stansiyadan ibarət tikintisi yarımçıq qalmış metro satılacaq.
Vilayət rəhbərliyi bu layihəni 2024-2026-cı illər arasında “özəlləşdiriləcək aktivlər” siyahısına daxil edən fərman imzalayıb.
Tikintinin sahəsi 17 min 900 kvadratmetrdir. Metro 249,4 milyon rubl (təxminən 4.4 milyon AZN) dəyərində qiymətləndirilir.

Metro tikintisinə 1992-ci ildə başlanılıb. Açılışı 5 dəfə təxirə salınan metronun tikintisi 2019-cu ildə dayandırılıb.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью