Metronun “28 May” “Cəfər Cabbarlı” stansiyaları arasında əlavə piyada tunelinin inşasına b…
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı metrosunun “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında əlavə piyada tunelinin inşasına start verilib.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, mövcud piyada keçidinin analoji nümunəsi platformanın digər tərəfində də inşa olunacaq.
“Hazırda yeni tunel üzrə qazıntı işləri aparılır. Sözügedən keçid sərnişin axınının daha rahat və təhlükəsiz təşkilinə xidmət edəcək və xətl
“28 May” və “Cəfər Cabbarlı” stansiyaları yaxınlığında yerləşən hazırlıq şaxtalarında işlər tam başa çatdırılıb və artıq tunel səviyyəsinə e
Hazırda xətlərin fiziki ayrılması üçün hazırlıq mərhələsi icra olunur.
Tikinti işləri ərazinin geoloji xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi inşaat qaydalarına uyğun və təhlükəsizlik tələbləri əsasında aparılacaq.
Tam oxu
Xəbəri oxu