Metronun “8 Noyabr” stansiyasının yaxınlığında yeni piyada işıqforları quraşdırılıb AZƏRTAC

11.12.2024

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 dekabr, AZƏRTAC

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması istiqamətində işləri davam etdirir.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, metronun “8 Noyabr” stansiyasının yaxınlığında yeni piyada işıqforları quraşdırılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yola piyada zolağı çəkilib. Bununla da yoldan istifadə edən piyadaların rahat gediş-gəlişi təmin olunub. “Həm yaxınlıqda yaşayan sakinlər, həm də metrodan istifadə edən sərnişinlər piyada qismində artıq bu yoldan daha rahat şəkildə keçirlər, - deyə məlumatda bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью