Metronun B 04 stansiyasının istifadəyə veriləcəyi tarix açıqlanıb

25.09.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Bənövşəyi xətt" üzrə tikilməkdə olan, şərti "B-04" adlandırılan stansiyanın istifadəyə veriləcəyi vaxt açıqlanıb.

Qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, stansiyanın 2026-cı ilin sonunda istifadəyə verilməsi planlaşdırılır:

"Artıq tikinti işləri başa çatmaq üzrədir. İşlər plana uyğun davam etdirilir. Stansiyada tikinti-quraşdırma işləri başa çatandan sonra infrastruktur yaradılacaq və istifadəyə hazır olacaq".

Samir Əli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью