Metronun bu stansiyası yenidən qurulacaq

06.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Bakı Metropoliteninin "qırmızı xətt"i üzrə fəaliyyət göstərən "Həzi Aslanov" stansiyası yenidən qurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Tikinti Lahiyələrinin İdarə Olunması Departamentinin rəisi Məmməd Rzayev deyib.

O bildirib ki, metro stansiyasında yenidən tikinti quraşdırma işləri həyata keçiriləcək:

"Bakı şəhərin və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, 2030-cu ilə qədər "yaşıl xətt"in şərti adı "Y-17" olan, "Həzi Aslanov-2" metro stansiyası kimi tanınan stansiya istifadəyə verilməlidir.

Stansiya istifadəyə veriləndən sonra "Həzi Aslanov" stansiyasında əsaslı təmir və yenidənqurma işləri aparılacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью