Metronun Əhmədli İçərişəhər xəttində qısamüddətli yubanma OLDU

05.06.2025

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Bakı metrosunun "Əhmədli"-"İçərişəhər" xəttində qısamüddətli yubanma olub.

Redaktor.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

"Hərəkətdə olan qatarın maşinist kabinasında qapıların işarəvermə qurğusu işə düşüb. Maşinist baxış keçirib. Hər hansı bir problem aşkarlanmayıb. Lakin növbəti mənzildə problem təkrarlanıb. Maşinist dispetçerə məlumat verməklə sərnişinləri düşürüb. Qatara sərnişinsiz olmaqla baxış keçirilib", - B.Məmmədov deyib.

Onun sözlərinə görə, baxış keçirilmə vaxtında xətdə qısamüddətli yubanma yaranması qaçılmaz olub. Lakin operativ olaraq xəttə ehtiyat qatar verilib və interval bərpa olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью