Metronun iş rejimi dəyişdirilir DİQQƏT!

07.05.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Qeyri-iş günlərində metronun iş rejimi dəyişdirilir.

Bu barədə "Yeni Sabah"a Bakı Metropolitenindən məlumat verilib.

Bildirilib ki, 9 May – Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar metronun hərəkət qrafikində dəyişiklik ediləcək: Dördpendirli pizza

9 və 11 mayda “28 May–Əhmədli” mənzilində interval 2 dəqiqə 30 saniyə, mayın 10-da 3 dəqiqə olacaq.

Bənövşəyi xətdə, “Cəfər Cabbarlı–Xətai” və “Həzi Aslanov–Əhmədli” mənzillərində mövcud qrafik dəyişməz qalacaq.

“Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 may şənbə, ayın 10-da bazar günü qrafiki üzrə tənzimlənəcək.

Sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün:

Stansiyalarda nəzarət gücləndiriləcək.

Əlavə işçi qüvvəsi ayrılacaq.

Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью