Metronun iş rejimi dəyişəcək “Qarabağ”ın oyununa görə

27.08.2026

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu axşam saat 20:00-da “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasında "Tvente"yə (Niderland) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq pley-off oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.

Adalet.az bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, “Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 May” stansiyalarında əlavə tədbirlər görüləcək.

Gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkəti davam etdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью