Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı ilə əlaqədar metronun "qırmızı xətt"ində (M1) iş vaxtı bir saat uzadılacaq.
“Yeni Sabah” xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, "qırmızı xətt"in bütün stansiyaları saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq. İnternet mağaza
Stansiyalara əlavə işçi qüvvəsi cəlb edilməklə nəzarət gücləndiriləcək. Qarşılaşmadan sonra qatarların hərəkəti "Koroğlu" stansiyasındakı sərnişin axınına uyğun tənzimlənəcək.
Gün ərzində isə qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək.
Metronun "yaşıl" (M2) və "bənövşəyi" (M3) xətlərində iş rejimi dəyişdirilməyəcək.