Metronun Koroğlu stansiyası yaxınlığında avtomobil aşdı

04.01.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Bakının Heydər Əliyev prospektində, metronun "Koroğlu" stansiyası yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.

Belə ki, qəza zamanı "BYD Destroyer" və "Hyundai Accent" markalı avtomobillər toqquşub. Nəticədə maşınlardan biri aşıb.

Yaralıların olmadığı bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью