Metronun “Sahil” stansiyası yaxınlığında daha bir stansiya tikiləcək

25.09.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Metronun “Nizami” stansiyasından sonra “Sahil” stansiyasının yaxınlığında da bir stansiya inşa olunacaq və artıq qırmızı xəttə keçid olacaq.

“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

“”Avtovağzal”dan hərəkətə başlayan sərnişinimiz həmin stansiyadan Sahil stansiyasına keçməklə “Həzi Aslanov” stansiyasına qədər başqa növ nəqliyyata keçmədən hərəkətini davam etdirə biləcək”, - deyə B.Məmmədov əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью