Metronun Sahil stansiyasında problem yarandı

20.12.2024

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Bakı metrosunun "Sahil" stansiyasında eskalatorlardan birinin hərəkətində fasilə yaranıb.

Lent.az-ın xəbərinə görə, bu barədə məlumatı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib.

O bildirib ki, buna səbəb sərnişinlərdən birinin təhlükəsizlik açarını işə salması ehtimal edilir:

“Nəticədə eskalator dayanıb. Belə olduqda digər eskalator qoşulur. Pik saat olduğu üçün stansiyada sərnişin sıxlığı var. Bu da eskalatorun iş rejiminə uyğun olaraq dərhal sərnişin sıxlığı şəraitində bir qədər də sıxlığı artırb. Amma hansısa bir qorxulu məqam yoxdur. Qısa müddət ərzində eskalatorlardan birinin üzü yuxarı, digərinin isə üzü aşağı fəaliyyəti təmin edilib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью