Metronun “Xətai” stansiyasında yaranan sıxlığın səbəbi AÇIQLANDI | Icma.az
Bizim media saytına istinadən Icma.az xəbər verir. Yanvarın 3-də saat 19:25-də metronun “Xətai” stansiyasında sərnişinin eskalatorun “Stop”
Baxış nəticəsində texniki problemin olmadığı, dayanmanın “Stop” açarının sıxılması səbəbindən baş verdiyi müəyyən edilib.
Daha sonra eskalatorun fəaliyyəti bərpa olunub. Qeyd edilməlidir ki, “Stop” açarı fövqəladə hallarda, təcili və təxirəsalınmaz zərurət olduq
“Hadisə ilə bağlı müvafiq araşdırmaların aparılması və tədbirlərin görülməsi üçün Bakı Metropolitenində Polis İdarəsinə müraciət edilib.
Xatırladırıq ki, “Stop” düyməsinin əsassız sıxılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 306.4-cü maddəsinə uyğun olaraq məsuliyyət yaradır.
Sərnişinlərdən rica edirik ki, eskalatorlarda təhlükəsizlik, istifadə qaydalarına və tələblərinə zidd olan hallara yol verməsinlər, uşaqlara nəzarət etsinlər.
Eskalatordan düzgün istifadə olunmazsa, bu, sərnişinlərin həyatına ciddi təhlükə mənbəyinə çevrilə bilər.
Bir sərnişinin yanlışlığı onun özünün, eləcə də ətrafında olan digər sərnişinlərin narahatlığını, xəsarət almasını və digər bədbəxt hadisələrin baş verməsini qaçılmaz edə bilər.Həmçinin bildiririk ki, eskalatora tullantı atmaq, sürahini çıxarmaq və onun üstünə əşya qoymaq İnzibati Xətalar Məcəlləsinə görə müvafiq qaydada məsuliyyət yaradır.
Tam oxu
Xəbəri oxu