Metronun yanında yaşıllığı məhv edib obyekt tikirlər VİDEO

25.02.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Əhmədli qəsəbəsi ərazisində yaşıllıq ərazidə metal konstruksiyalar quraşdırılıb.

Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ərazidə yaşayan vətəndaşlar məlumat verib.

Onlar bildiriblər ki, metronun “Əhmədli” stansiyasının yaxınlığında – Sarayevo küçəsində yaşıllıq ərazidə iaşə obyekti inşa edilir. Tikintiyə etiaz etdiklərini bildiriən şikayətçilər burada aparılacaq işlərin ağacların məhv olmasına, şəhər mühitinin pozulmasına və insanların piyada hərəkətinə ciddi maneə yaratdığını deyiblər.

Xətai Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı artıq araşdırmalara başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью