Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın “Koroğlu” metrostansiyasının yaxınlığında əlbəyaxa dava baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 31-də saat 13:22 radələrində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, qadın pilləkənlərlə aşağı düşən kişiyə arxadan yaxınlaşaraq onun qarşısını kəsib və əli ilə zərbələr endirməyə başlayıb. Daha sonra qadın uzaqlaşsa da, bir müddət sonra yenidən həmin şəxsin üzərinə qayıdaraq onu vurmağa davam edib. Zərbələrdən birinin təsirindən kişinin qolu yaxınlıqdakı avtomobilə dəyib.
Bir müddət sonra tərəflər arasındakı mübahisə sona çatıb.
Şahidlərin iddiasına görə, qadının aqressiv davranışına səbəb həmin şəxsin ona qarşı xoşagəlməz ifadələr işlətməsi səbəb olub.