Metropoliten təkzib etdi: ABU nun binası sökülmür

07.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) binasının söküləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“Metropolitenin hasara alınmış ərazisinin daxilində söküləsi hər hansısa bir obyekt yoxdur. ABU-nun binaları bizim ərazimizdən kənardadır. Metropoliten öz hasarından kənarda heç bir köçürmə və ya söküntü planlaşdırılmır. Bizə aidiyyəti olmayan ərazidə söküntü aparmaq səlahiyyətimiz yoxdur”, - o vurğulayıb.

Bəxtiyar Məmmədov əlavə edib ki, ABU-nun ərazisinə yaxın yerləşən metropolitenə məxsus yeddimərtəbəli bina çoxdan tikilib və burada tamamlanma işləri aparılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью