Metropolitenin 4 ay əvvəl təyin edilən rəisləri işdənÇIXARILDI

04.08.2025

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) iki departament rəisi vəzifəsindən azad edilib.

Bakupost.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, QSC-nin Maliyyə departamentinin Asəf İsgəndərli və Təchizat Departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıblar.

Onlar naməlum səbəblərdən "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə vəzifələrindən azad ediliblər.

Qeyd edək ki, müxtəlif dövlət və özəl qurumlarda çalışmış Asəf İsgəndərli və Tərlan Həsənli bu ili mart ayında sözügedən vəzifəyə təyin olunublar.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью