Metroya ödənişsiz giriş bu vaxta qədər olacaq

22.09.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Xocəsən” və “Avtovağzal” metrostansiyalarına ödənişsiz giriş ən azı bir ay davam edəcək.

Bunu Modern.az-a  açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, ödənişsiz rejimin nə qədər davam edəcəyi aparılacaq monitorinqlərin nəticələrindən asılı olacaq.

“Əminik ki, bunun uzun müddət davam etmək imkanı var. Amma ən azı bir ay, yəqin ki, ödənizşsiz giriş olacaq”, – Bəxtiyar Məmmədov bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью