Metroyla gedənlərə ŞAD XƏBƏR Avropadan vaqonlar alınacaq | Icma.az
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2030-cu ilə qədər Bakı metrosuna 300 yeni vaqon alınması planlaşdırılır.
BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC sədrinin müşaviri Emil Əhmədov deyib.
O qeyd edib ki, vaqonların hələlik hansı ölkədən alınacağı məlum deyil: "Hazırda danışıqlar gedir.
Avropa ölkələrindən biri ilə razılıq əldə edildikdən sonra vaqonlar alınacaq".
O bildirib ki, bu ildən etibarən Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması nəzərdə tutulur: "Bu, hər xəttin müstəqil işləməsinə, idarəetmənin səmərəliyinin və sərnişindaşıma keyfiyyətinin artırılmasına imkan yaradacaq.
Bu məqsədlə "Cəfər Cabbarlı" ilə "Nizami" stansiyaları arasında, təxminən, 200 metrlik tunel tikiləcək və bununla da xətlər bir-birindən ayrılaraq müstəqil fəaliyyət göstərəcək.
Sərnişin axınının daha səmərəli tənzimlənməsi üçün "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasında əlavə keçid də tikiləcək".
Tam oxu
Xəbəri oxu