Mets in yetirməsi Azərbaycan klubu ilə müqavilə bağladı

20.08.2026

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransalı yarımmüdafiəçi Deme Oumar karyerasını Azərbaycanda davam etdirəcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Seneqal vətəndaşlığı da olan 21 yaşlı futbolçu hazırda Bakıdadır.

"Mets"in yetirməsi olan oyunçu MOİK ilə müqavilə bağlayıb.

"Hərbçilər"in baxışa çağırdığı Oumar baş məşqçi İlham Yadullayevin ümidlərini doğruldub və 1 mövsümlük sazişə imza atıb.

Xatırladaq ki, MOİK son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Klubun bu yay müqaviləsinin müddəti bitən baş məşqçi İlham Yadullayevlə vidalaşacağı gözlənilsə də, rəhbərlik sözügedən mütəxəssislə anlaşma yeniləyərək onu postunda saxlamağı uyğun sayıb.

Nihat  

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью