Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“ABŞ kollektiv təhlükəsizliyə töhfəsini azaltmağa qərar verərsə, Avropa Çin və ya Rusiyadan gələn təhdidlərə müstəqil şəkildə müqavimət göstərməyə hazırdır”.
“Cebheinfo.az”-ın məlumatına görə, Avropa Parlamentinin rəhbəri Roberta Metsola “RBC-Ukraina”ya müsahibəsində belə deyib.
“Müdafiəmizi və təhlükəsizliyimizi gücləndirmək bizim əsas prioritetimizdir”, - deyə xanım Metsola bildirib.
Onun sözlərinə görə, son illərdə Avropa İttifaqı ümumi müdafiə xərclərini 30 faiz artırıb və birgə müdafiə tədarükü, silah-sursat istehsalının genişləndirilməsində mühüm irəliləyiş əldə edib: “Avropa Müdafiə Fondu üzv dövlətlərə innovativ və qarşılıqlı fəaliyyət göstərə bilən müdafiə texnologiyaları və avadanlıqlarının hazırlanmasına dəstək verir”.
“Bundan başqa, ilk dəfə olaraq Avropanın müdafiə üzrə komissarımız var və Avropa Parlamenti Müdafiə Alt Komitəsinin statusunu tam hüquqlu komitə səviyyəsinə qaldırıb.
Bunlar vacib addımlar idi. Lakin biz daha çox iş görməliyik və edəcəyik”, - deyə Metsola əlavə edib.
Avropa Parlamentinin sədri qeyd edib ki, Aİ-nin əsl problemi parçalanmadır.