Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa Parlamenti genişmiqyaslı etirazlar zamanı çoxsaylı insan tələfatı fonunda İrana qarşı sanksiyaların sərtləşdirilməsində və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı elan olunmasına çağırıb.
Moderator.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola plenar iclasda bəyan edib.
"Bu, simvolik jest deyil və onların cəzasız hərəkət etmək imkanlarını daha da məhdudlaşdıracaq və maliyyə axınını pozacaq", – deyə o bildirib.
Metsola xatırladıb ki, ötən həftə bütün siyasi qruplarla aparılan məsləhətləşmələrdən sonra İran diplomatlarının və hakimiyyət nümayəndələrinin Avropa Parlamentindən "öz qəddarlığını Avropada legitimləşdirmək" üçün istifadəsinə imkan verən hər cür qarşılıqlı əlaqəni qadağan etmək barədə qərar qəbul olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.