Metyu Klimov: ABŞ nin Orta Asiya və Avrasiyada strateji maraqları var

11.06.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton, 11 iyun, AZƏRTAC

ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-nin Türkmənistandakı keçmiş səfiri, Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvü Metyu Klimov deyib.

O bildirib ki, bu, keçən il təkcə C5 + 1 deyil, ABŞ-nin beş Orta Asiya ölkəsi və Azərbaycanla birlikdə C6 +1 olması barədə danışmağa başlayanda özünü büruzə verib.

“Biz Mərkəzi Asiya və Avrasiya ölkələrinin yalnız şərqə deyil, həm də qərbə baxmalarını təmin etməliyik. Bu, ABŞ üçün strateji maraqdır. Keçmiş Sovet respublikası olaraq Moskva ilə təbii bir əlaqənin olduğunu başa düşürük. Lakin düşünürük ki, bu ölkələrin Avropaya, ABŞ-yə baxması onların da maraqlarına uyğundur. Biz ABŞ-nin Orta Asiyaya, Avrasiyaya marağını göstərmək istəyirik. ABŞ, həmçinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin strateji tərəfdaşlığı gücləndirəcək şəkildə həyata keçirilməsində maraqlıdır”,- deyə o əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью