Metyu: “Məqsədimiz mövqeyimizi qorumaqdır”

04.11.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Neftçi” Misli Premyer Liqasının X turunda “Şamaxı”ya qalib gəlib – 3:2.

Oyundan sonra “ağ-qaralar”ın yarımmüdafiəçi İfeanyi Metyu “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Matçı şərh edərdiniz.
– Yaxşı oynadıq və qələbə qazandıq. Bu görüşün əhəmiyyətini bilirdik. Sona qədər mübarizə apardıq və vacib üç xal əldə etdik.

– Rəqib iki dəfə hesabı bərabərləşdirdi. Nə üçün üstünlüyünüzü qoruya bilmədiniz?
– “Şamaxı”nı da qeyd etmək lazımdır. Onlar da yaxşı mübarizə apardılar. Əlimizə şanslar düşdü, dəyərləndirə bilmədik. Fürsətləri qola çevirə bilsəydik, hesab fərqli ola bilərdi.

– Meydançanın süni örtüklü olması nəticəyə nə dərəcədə təsir etdi?
– Belə meydançalarda oynamaq çətindir. Buna görə müəyyən sıxıntılarımız oldu, topla istədiyimiz kimi davrana bilmirdik. Amma əsas nəticədir və istədiyimizi də əldə etdik.

– Bu qələbə sayəsində turnir cədvəlində birinci pilləyə yüksəldiniz. “Taxtı” qorumaq çətin olmayacaq?
– Liderliyə yüksəldiyimiz üçün sevincliyik. Məqsədimiz mövqeyimizi qorumaqdır. Sona qədər bunun üçün mübarizə aparacağıq.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью