Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ və Böyük Britaniya vətəndaşı, “Ketamin kraliçası” kimi tanınan 42 yaşlı Casvin Sanqa "Dostlar" serialının ulduzu Metyu Perrinin ölümü ilə nəticələnən narkotik satışında təqsirini etiraf edib.
Axşam.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Sanqa beş bənd üzrə, o cümlədən ölümə səbəb olan ketaminin satışında günahını boynuna
O, əvvəlcə ittihamları rədd etsə də, məhkəmədən bir neçə həftə əvvəl ifadəsini dəyişib.
Federal prokurorlar onun Los-Ancelesdəki evini “narkotik satışı imperiyası” adlandırıb və axtarış zamanı onlarla ketamin ampulası aşkarlanıb.
Sanqaya hökm 10 dekabrda Los-Ancelesdə elan olunacaq. Ona 65 ilədək həbs cəzası verilə bilər.
Ümumilikdə Perrinin ölümü ilə bağlı 5 nəfərə ittiham irəli sürülüb.
Onların arasında ketamin satan həkimlər Salvador Plasensiya və Mark Çaves, aktyorun şəxsi köməkçisi Kennet İvamasa (o həmçinin inyeksiyalar edib) və Sanqadan aldığı preparatı Perriyə satan Erik Fleminq də var.