525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Meksikanın paytaxtı Mexikonun hava limanının bir hissəsini su basıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb yuxarı qatda su borularından birinin partlaması olub.
Qəza nəticəsində əsas zal su altında qalıb, tavanın bir hissəsi uçub.
Hava limanının su təchizatı dərhal dayandırılıb, fəsadlar aradan qaldırılıb.
Qeyd edək ki, bu, sərnişinlər arasında narahatlıq yaratsa da, hərəkət qrafikinə təsir etməyib.
L.Tağıyeva