Mexiko: “Yaraqlılar 27 adamı öldürüblər”

24.02.2026

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az bildirir ki, Meksikanın Təhlükəsizlik naziri Omar Qarsiya Arfuşun verdiyi məlumata görə, qurbanlar arasında 25 Milli Qvardiya üzvü, bir həbsxana xidməti əməkdaşı və bir ştatın baş prokuroru olub.
“El Menço kimi tanınan narkokartel liderinin saxlanıldığı və aldığı yaralardan öldüyü Tapalpa meşələrində keçirilən xüsusi əməliyyatdan sonra cinayətkarlar 11 ştatda federal magistral yollarda 85 blokada təşkil ediblər, avtomobilləri yandırıblar və infrastruktur obyektlərinə hücum həyata keçiriblər”, - meksikalı nazir deyib.
Meksikada iğtişaşlar səngimir: 18 adam ölüb İğtişaşlar zamanı yetmiş nəfər saxlanılıb. Rəsmi rəqəmlərə görə, cinayətkar dəstələrin 30 üzvü öldürülüb. Omar Qarsiya Arfuşun fevralın 22-də gününün sonuna qədər bütün maneələrin aradan qaldırıldığını vurğulayıb.
Ordu, donanma və milli qvardiya tərəfindən dəstəklənən koordinasiya mərkəzi işini davam etdirir. Meksika hakimiyyəti “ölkədə sülhü və təhlükəsizliyi qorumaq üçün bütün mövcud vasitələrdən” istifadə edəcəyini açıqlayıb.
Böyük bir narkokartelin liderinin qətli Meksikada vəziyyətin ciddi şəkildə gərginləşməsinə səbəb olub. Meksika Müdafiə Nazirliyi, “Halisko Yeni Nəsil” kartelinin lideri Nemesio Osegera Servantesin (ləqəbi El Menço) izinə onun məşuqəsinin sayəsində düşə bilib.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью