Məxmərək | Icma.az
Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Məxmərək - kəskin infeksion virus xəstəliyidir.
İnfeksiya hava-damcı yolu ilə (xəstə asqırarkən, öskürərkən) digər insanlara keçir.
Xəstəliyin əvvəlində uşağın hərarəti bir qədər qalxır, ümumi zəiflik, bəzən burun tənəffüsünün çətinləşməsi, zökəm, öskürək əmələ gəlir, ənsə və arxa boyun limfa vəziləri böyüyür.
Daha sonra, əvvəlcə sifətdə, sonrakı bir neçə saat ərzində isə bütün bədənə yayılan qırmızımtıl ləkələr (ölçüləri 5-10 mm olan) şəklində səpgilər əmələ gəlir.
2-3 gündən sonra səpgilər özlərindən sonra heç bir iz (piqmentasiya, qabıqvermə və s.) qoymadan yox olurlar.
Məxmərək xəstəliyindən sonra fəsadlar çox nadir hallarda baş verir. Xəstəliyin müalicəsi ev şəraitində aparılır.
Müalicə dövründə vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi məsləhət görülür.
Müalicə zamanı heç bir spesifik dərman preparatlarından istifadə olunmur.
Tam oxu
Xəbəri oxu