“Meydan TV”nin əməkdaşları məhkəməyə çıxarılır

08.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Meydan TV”nin əməkdaşları məhkəməyə çıxarılır.

“Qafqazinfo”nun məlumatına görə, iki gün əvvəl saxlanılan jurnalistlər haqda təqdimatlara Xətai Rayon Məhkəməsində baxılır.

İş üzrə 6 nəfər- Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Əhmədova və Aysel Umudova cinayət məsuliyyətinə cəlb edilib.

Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə Aysel Umudova və Aytac Tapdıqova barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью