“Meydan TV”nin əməkdaşları məhkəməyə çıxarılır

08.12.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“Meydan TV”nin əməkdaşları məhkəməyə çıxarılır.

Gununsesi.info -nun məlumatına görə, iki gün əvvəl saxlanılan jurnalistlər haqda təqdimatlara Xətai Rayon Məhkəməsində baxılır.

İş üzrə 7 nəfər- Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova və Aytac Əhmədova (Tapdıq) cinayət məsuliyyətinə cəlb edilib.

Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə Aysel Umudova, Aytac Əhmədova, Aynur Elgünəş barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью